BAO.az. 12.7.2014. Qaşqay elində yaşayan soydaşlarımızın tədqiqatları
nəticəsində Qacarlar dövründə mövcud olmuş Qaşqay əyalətinin inzibati
xəritəsi üzə çıxarılmışdır. Xəritədən belə məlum olur ki, sözügedən
əyalətin güney sınırları Kəngər (Bəsrə, Fars) körfəzinə qədər
uzanmışdır. İranın bu gün Qəçsəran adlandırılan, gerçək tarixi adı isə
"Qoç Koroğlu" olan və əsas neft yataqlarından biri olan şəhər də həmin
əyalətin şəhərlərindən hesab edilib. Hazırda sözügedən şəhərin
əhalisinin 70 faizi qaşqaylardan, 30 faizi isə lorlardan ibarətdir.
Fəqət qaşqaylar dövlət idarəçiliyinə buraxılmır. Məmurlar bütünlüklə
lorlardan və farslardan ibarətdir.