سویاری، سونرالار سییاری آدلانان کندین آدی، اونون ایلک یئرلشیم یئرییله ایلگیلی اولوبدور. سویاری کندی بیلیندیگی کیمی ان آزی اوچ یول یئر دیَیشدیریبدیر. کندین کؤچونون نهدنلری بللی اولماسا دا، کؤچون اؤزو ائلین بللهیینده دیری اولاراق دورور. "کند یئری" و "آشاغی کند" آدلانان یئرلرده سویاریلی لارین یئرلشمیش اولدوغو بللیدیر.
بو گون کند یئری آدلانان یئر ایلک یئرلشیم یئری اولاراق آراز چایینین اورتادان ایکییه بؤلوندویو بیر یئردهدیر. دئییلنه گؤره سویاری آدی (سونرالار سییاری آدی) آرازین تن ایکییه بؤلوندویوندن آلینمیش آددیر. فارس ایستیلاچیلاری اونو سیه رودا چئوریبلر. یئر آدلاریمیزی گئری آلاراق سویاری کندینین آدینی یئنیدن قایتاریریق!
هادی قاراچای قاراچای
Suyarı, sonralar Siyarı adlanan kəndin adı, onun ilk yerləşim yeriylə ilgili olubdur. Suyarı kəndi bilindiyi kimi ən azı üç yol yer dəyişdiribdir. Kəndin köçünün nədənləri bəlli olmasa da, köçün özü elin bəlləyində diri olaraq durur. "Kənd Yeri" və "Aşağı Kənd" adlanan yerlərdə Suyarılıların yerləşmiş olduğu bəllidir.
Bu gün Kən Yeri adlanan yer ilk yerləşim yeri olaraq araz çayının ortadan ikiyə bölündüyü bir yerdədəir. Deyilənə görə Suyarı adı (sonralar Siyarı adı) arazın tən ikiyə bölündüyündən alınmış addır.
Fars istilaçıları onu Siyəh-Rud'a çevriblər. Yer adlarımızı geri alaraq Suyarı kəndinin adını yenidən qaytarırıq!
Hadi Qaraçay Qaraçay